Məşhur aparıcı Vüsalə Əlizadə sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, o, İnstaqramda paylaşdığı fotoya bu sözləri yazıb:
"İnsan bəzən böyük xəyallarını kiçik insanlarla ziyan edər. Ziyanın yarısından qayıtmaq da xeyirdir. Həyatdan küsmə, yenidən başla, səbr et. Səbr edən dərviş, muradına ərmiş deyirlər. Elədir ki, var. Bəs, siz necə, xəyallarınızın sultanını tapanlardansınızmı?"
Sosial şəbəkə istifadəçiləri aparıcının bu sözləri keçmiş həyat yoldaşı, aparıcı Azər Zahidə ünvanlandığını qeyd ediblər.
Belə ki, ikinci dəfə ata olan Azər Zahid ötən gün xəstəxanadan həyat yoldaşının və yeni doğulan qızının videogörüntüsünü paylaşmışdı.
Qeyd edək ki, Vüsalə Əlizadə aparıcı Azər Zahid ilə evli olub. Onların Dilək adlı qızları var.