"Planet Parni iz Baku" KVN Teatrının bədii rəhbəri, əməkdar artist Tahir İmanov Şuşaya gedən məşhurlar sırasına qoşulub.
Teleqraf.com xəbər verir ki, sosial şəbəkədə Tahir İmanovun Şuşadan videosu yayılıb.
"Əziz dostlar, mən Azərbaycanın ayrılmaz hissəsi olan Şuşadayam. Şuşam, anam, atam, nənəm, mən gəlmişəm. Canım Şuşam, yaşa Şuşam, yaşa Qarabağım" - deyə, o qeyd edib.