5 Mart 2021 12:28
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur meyxanaçı-müğənni Namiq Qaraçuxulunun adından istifadə ediblər.

Teleqraf.com xəbər verir ki, meyxanaçı bu haqda İnstaqram hesabında məlumat verib:

“8 mart Beynəlxalq Qadınlar Günü ilə bağlı bəzi restoranlarda konsertlər təşkil edilib. Restoranlarda qonaq qismində mənim adım da hallanır. Buradan bildirmək istəyirəm ki, heç bir konsertdə çıxış etməyəcəm.

Müəyyən səbəblərdən fəaliyyətimi dondurmuşam. İşə başlayanda özüm şəxsən elan edəcəm, xəbəriniz olacaq”.


Müəllif: Rəqsanə Həsənova