Tanınmış aparıcı Zaur Baxşəliyev 29 ildən sonra Şuşaya gedib.
Teleqraf.com xəbər verir ki, Zaur Baxşəliyev Şuşadan görüntüləri şəxsi İnstaqram hesabında paylaşıb.
O, "Allah şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizi, Müzəffər Ordumuzu və Ali Baş Komandanımızı qorusun. 29 ildən sonra Qafqaz Müsəlmanları İdarəsi, Şeyxülislam Allah Şükür Paşazadə və Dini konvensiyaların rəhbərləri ilə Şuşaya səfər etdik", - deyə, qeyd edib.
Şuşaya ayaq basan aparıcı göz yaşlarını saxlaya bilməyib. O, Şuşadan torpaq götürərək atasının məzarına tökəcəyini bildirib.