Xalq artisti Flora Kərimova ARB-də açıqlaması ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Xalq artisti dünyasını dəyişən zaman dəfninin mətbuat tərəfindən işıqlandırılmasını istəmədiyini deyib:
"O adam xoşbəxtdir ki, yaşayanda sevilib, dünyasını dəyişəndə ağlayanı olub. Mən evdə də demişəm, indi də deyirəm. 80 yaşım var, sabahım olmaya bilər. Mən köçəndə çəkiliş etməyə icazə verməyəcəm. Sakitcə gedəcəm, yerimi heç kim bilməyəcək. Övladlarıma demişəm, sizdən bunu ruhum tələb edəcək".