27 Dekabr 2021 11:33
3 855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Aygün Kazımova Azad Azərbaycan televiziyasında yayımlanan "Zaurla günaydın" verilişində qonaq olub.

Teleqraf.com xəbər verir ki, Aygün Kazımova xarakterindən danışıb: "Bir də görürsən ki, əsəbləşirəm. Sonra düşünürəm ki, bu hərəkət yersiz kapriz idi. Mənim ovqatım yerə görə dəyişir, insanıq da. Amma balansı saxlamaq çox önəmlidir".

Xalq artisti bu ilini necə keçirməsindən də söz açıb: "Bu il konsertlərim çox oldu, amma pandemiyada konsert gözləmirdim. Avqust ayında koronavirusa yoluxdum. Həkimim nə dedisə, hamısına riayət etdim. 14 gün bayıra çıxmadım. Vaksin də vurduracam".

Müğənni Namiq Qaraçuxurlu haqqında etirafı ilə diqqət çəkib: "Namiqi meyxanaçı edən mən olmuşam. İnanmırsınız?! Məktəb vaxtında mahnı bəstələyirdim, arada şeir də yazırdım, Elza Seyidcahanın qulaqlarından uzaq".

Aygün Kazımova aparıcının "Sevirsiniz?" sualına isə "24 saat sevirəm",-deyə cavab verib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər