19 Yanvar 2022 18:38
1 013
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana Həmidovanın yanvarın 25-də apellyasiya şikayəti keçiriləcək.

Teleqraf.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinə üz tutan Canana Həmidova İnstaqramda bu sözləri qeyd edib:

"Yanvarın 25-də məhkəmədir, uşaqlarımın taleyi həll olunur. Körpələrim və mən əziyyət çəkirik. Ataları da evləndi və arzusuna çatdı. O, yeni həyat yoldaşı ilə yaşayır. Uşaqlarım isə dayələrlə qalırlar.

Mənim üçün çox çətindir. Uşaqlarım saat 4-dək yatmırlar. Dayə deyir ki, qızınız sizinlə görüşdükdən sonra kürlük edir, sizi istəyir".

Qeyd edək ki, Kərim ilə Canananın üç övladı var.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər