Xalq artisti Tünzalə Ağayeva küsülü olduğu həmkarı Faiq Ağayevin onu tərifləməsinə münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, Tünzalə Ağayeva “Şourum” verilişində bu sözləri deyib:
“Çox detallara girmək istəmirəm, buna özəl səbəblərim var. Müsbət danışan sənət dostlarıma eyni hörməti göstərmək istəyirəm. Hörmətlə cavab vermək lazımdır. Heç kim bir-birini çox istəməyə məcbur deyil. Belə bir məcburiyyət yoxdur. Amma sahənin inkişafı üçün münasibətə ehtiyac var”.
Tünzalə Ağayeva üzündə botoks olmadığını da bildirib:
“Üzümdə qırışlarım yerindədir. O qədər təbii haldayam və bunu qorumaq istəyirəm. Hər şey özümünküdür".