İş xanımı, “Liatris Holding”in rəhbəri Ruhi Əliyeva məşhur “HP Magazine” ərəb dərgisinin üz qabığında yer alıb.
Teleqraf.com-un xəbərinə görə, dəb dərgisinin may buraxılışında müsahibə verən iş xanımı bildirib ki, kimsəsiz insanlar üçün sığınacaq açmaq istəyir və arzusunu bir gün həyata keçirəcək.
“Ən böyük gücüm ağlımdır” başlıqlı müsahibədə diqqət çəkən məqam Ruhi Əliyevanın Azərbaycanın dəb ikonası kimi göstərilməsidir.
Eyni zamanda, dərgidə Əliyevanın özəl fotoları dərc edilib.