26 Avqust 2022 19:55
1 407
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Laçın" mahnısını uşaqlıqdan eşidib sevən və dinləyən insanam. Təbii ki, mahnını bütün varlığımla, qəlbimlə, hissiyatımla ifa etmişəm. "Laçın" mahnısını artıq başqa hisslə paylaşıram. Bundan sonra bu mahnını oxuyanda da artıq başqa bir hisslərlə ifa edəcəm. Bu gün hamımız üçün tarixi bir gündür".

Bu sözləri Teleqraf.com-a açıqlamasında xalq artisti Sevda Ələkbərzadə Azərbaycan Ordusunun Laçına yerləşdirilməsinə münasibət bildirərkən deyib.

O, Qarabağla bağlı layihələrdə yer almaq istədiyini də dilə gətirib:

"Bir çox konsertlərdə iştirak etmişəm. Təbii ki, Qarabağla bağlı layihələrdə iştirak etmək istərdim. Şəhid analarımızın, şəhidlərimizin yoldaşları, övladları qarşısında çıxış etmişəm və etməyi də özümə borc bilirəm. Böyük qürur hissi ilə bunu edirəm. Var olsun şəhidlərimizin ailələri. Sağ olsunlar ki, Azərbaycana belə bir igid övladlar yetişdiriblər".


Müəllif: Rəqsanə Həsənova