Həyat yoldaşına “İlin ikonu” mükafatını səhnədə təqdim edən Beren Saat öz sözləri ilə Kənan Doğulunu ağladıb.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, məşhurların qatıldığı mükafatlandırma mərasimində rəngarəng və emosional anlar yaşanıb.
Bu anlardan birinə 7 il əvvəl nikah masasına əyləşən Beren Saat və Kənan Doğulu imza atıb.
Tədbirdə "İlin ikonu”nuna layiq görülən Doğulu mükafatı həyat yoldaşı Beren Saatdan alıb. Tanınmış aktrisa emosional çıxışı ilə diqqət çəkib: “Məncə, ikon olmaq bir az da Kənanın ruhu ilə bağlıdır... Onun yazdığı mahnılar, yaratdığı ikonik səs, özündən sonra gələnlərə yol açan bir çox ideyaları haqqında artıq hər şeyi bilirsiniz.
Mənə elə gəlir, bəlkə də uşaqkən alıb oxuduğumuz jurnallardakı o günəş boyunbağını sinəmdə gəzdirərək bu günün manifestini elə o vaxt - uşaqlığımda yazmışam. Kənanla məni bir araya gətirən hər şeyə təşəkkür edirəm və bu mükafatı ildən-ilə daha da seksuallaşan ilin ikonuna təqdim etdiyimə görə çox xoşbəxtəm”.
Kənan Doğulu həyat yoldaşının bu sözlərinə qarşı göz yaşlarını saxlaya bilməyib. Ağlayan Doğulu Saata "səni sevirəm" deyərək cavab verib.