10 Fevral 2023 13:02
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Adıyamanda insanlar gecəni küçələrdə keçirir. Minlərlə insan yaxınlarından xəbər gözləyir. Mən çox emosional səhnələr və filmlər çəkdiyimi düşünürdüm. Halbuki heç vaxt məni bu qədər sarsıdan, məhv edən faciə ilə rastlaşmamışdım. İnanın, həyatımın şilləsini yedim”.

Teleqraf.com xəbər verir ki, bunu məşhur türkiyəli rejissor, aktyor, müğənni Mahsun Kırmızıgül sosial şəbəkə hesabında yazıb.

Zəlzələ bölgəsinə gedən Kırmızıgül ardıcıl paylaşımlar edib.

“Zəlzələ bölgəsindəyəm, burada hamı çətinlik çəkir. Mən və komandam Kahramanmaraş və Adıyaman bölgələrində AHBAP ilə koordinasiyalı işləyirik. Kömək etmək istəyənlər və ya ehtiyac olan məhsullar siyahısında ləvazimat göndərmək istəyənlər mənimlə əlaqə saxlaya bilərlər.

Zəlzələnin mərkəzində insanların gözündə doğmalarının sağ qalması ehtimalı və ümidi var. Bu, qaranlıqda bir işıq kimidir. Sarsılmışam, viran olmuşam. Sözün bitdiyi yerdəyəm. Amma hər şeyə baxmayaraq, ümidimizi itirməyəcəyik”.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər