2 Aprel 2023 01:09
3 488
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur müğənnisi Sərdar Ortaç Bakıda konsert verib.

Teleqraf.com xəbər verir ki, Sərdar Ortaçın Bakı Konqres Mərkəzində baş tutan konsertində maraqlı anlar yaşanıb.

İfaçı konsert proqramında "Bilsem ki" mahnısını ifa edərkən səhnəyə rəqs etməyə cütlük dəvət edib. Bir il münasibətdə olan bəy rəqsdən sonra nişan üzüyünü və gülü sevgilisinə təqdim edərək ona evlilik təklif edib.

Xanım evlilik təklifinə "Hə" cavabı verib.

Sözügedən görüntüləri təqdim edirik:





Müəllif: Rəqsanə Həsənova