17 Aprel 2023 11:55
2 289
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Xoşqədəm Hidayətqızı "Günaydın Azərbaycan" verilişində əməkdar artist İlkin Əhmədovu müdafiə edib.

Teleqraf.com xəbər verir ki, Xoşqədəm Hidayətqızı xanəndə haqda bu sözləri deyib: "İlkin o qədər dəqiq insandır. Yadımdadır ki, bir gün İlkini şənbə günü efirə çağırmışdıq. Həmin həftənin ikinci günü zəng edib dedi ki, ola bilər şənbə günü gəlməyim, gecikə bilərəm, çünki dərsim var. Mənə görə problem yaşamayın. Belə insanlara hörmət etmək lazımdır. Çünki İlkin dəqiqdir. Bura televiziyadır və bu cür məsələlərə nəzərə almaq lazımdır və bu özü belə böyük işdir. Çünki qalırsan belə...".

Qeyd edək ki, Rövşanə Ağasəfqızı bir neçə gün öncə “Space səhər” verilişində əməkdar artist İlkin Əhmədovu gecikdiyi üçün efirə buraxmamışdı və haqqında tənqidi fikirlər səsləndirmişdi.


Müəllif: Rəqsanə Həsənova