10 İyul 2023 18:20
3 623
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar incəsənət xadimi Cahangir Novruzov ARB televiziyasında yayımlanan “Söhbət var” verilişində qonaq olub.

Teleqraf.com xəbər verir ki, Cahangir Novruzov bu sözləri deyib: "Mənim Türkiyəyə getmək səbəbim hamını təəccübləndirdi. Anam Nəsibə Zeynalovanın xəstəliyi ilə bağlı idi. İllər əvvəl mənə dedilər ki, "Cahangir bəy sizin Türkiyəyə getməyiniz hamımızı təəccübləndirdi. Ya sən, ya Nəsibə xanımın açmayacağı qapı yox idi". O zamanlar elə bir nazir yox idi ki, mənə nədəsə köməklik etməsin. Onlar ən uzağı deyirdilər ki, sabah saat 11-də gəl görüşək. Mən də heç zaman özüm üçün heç nə istəməzdim.

Nəsibə xanım mənim üçün iki dəfə nazirin yanına xahişə gedib. Bir mən əsgər gedəndə... Noyabr ayına kimi gözləmək istəmədim. Anam Murtuz Quliyevin yanına getdi və dedi ki, mən istəyirəm ki, oğlum indi hərbi xidmətə getsin. Murtuz müəllim dedi ki, necə insandır ki, Nəsibə xanım övladını əsgər göndərmək istəyir?

İkinci dəfə isə anam Zakir Nərimanovun yanına getdi ki, oğlum Cahangir Musiqili Teatrda işləmək istəmir. O, Şəkiyə getmək istəyir".

Cahangir Novruzov Türkiyəyə köçməsinin səbəbini də açıqlayıb: “Anam Nəsibə xanım atamın vəfatından sonra iflic olmuşdu. Stress keçirmişdi. Onun dərmanlarını və yaşamını qarşılamaq üçün Türkiyəyə yollandım. 1995-ci il idi.

Elə insanlar var ki, xaricə gedib Azərbaycanın arxasıyca danışır. Öz ölkəsini kiçildib, orada bir iş görməyən insanlara hər zaman nifrət etmişəm. Elə insanlarla dəfələrlə Türkiyədə mübahisələrim olub və onları susdurmuşam. Demişəm ki, sən azərbaycanlısan, Vətəninin dəyərini, qiymətini bil. Qanının dəyərini bil. Yoxsa sənin qanın pozulub? Mən sərt danışanam. İmkanım, savadım, bacarığım olub, getmişəm Türkiyəyə və on il anamı yaşada bilmişəm. Açığı deyim ki, həyat yoldaşımla Türkiyədə üç-beş illiyə yaşamağa getmişdik. Amma getdim, işlər dəyişdi”.




Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər