Əməkdar artist Nigar Şabanova qonşusundan şikayət edib.
Teleqraf.com xəbər verir ki, Nigar Şabanova sosial media hesabında paylaşım edərək qonşusunu polislə hədələyib:
"Hacı, polisə, məhkəməyə müraciət etsəm, deyəcəklər ki, qonşuluğu pozdu. 10 gündür sənə deyirəm ki, iti kənara bağla, evə sal yanında yatızdır. Sənə xeyri yoxdur, düz pəncərəmin altında bağlayırsan. Səhərə kimi hürür. Mədəniyyətin, insanlığın olsun. Bu, bağ evidir, gecə saat 12 oldu səs gəlməməlidir. 10 gündür gecə yuxusu nədir bilmirəm. Belə qonşunu Allah heç kimə qismət etməsin".