19 İyul 2023 16:39
1 506
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şahzadə Harri və Meqan Markl "Spotify" ilə müqavilələrinə xətm veriləndən sonra ayrı-ayrılıqda müxtəlif qitələrə səyahət ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Express” cütlüyə yaxın mənbəyə istinadən məlumat yayıb.

Şahzadə Harri və Meqan Marklın acınacaqlı maliyyə vəziyyəti ilə bağlı şayiələr artmaqda davam edir. Mənbə nəşrə bildirib ki, cütlük çox böyük çətinliklər yaşayır və Kaliforniyada dəbdəbəli həyat tərzini, o cümlədən 14 milyon dollarlıq malikanədə yaşamaq və böyük təhlükəsizlik xərclərini maliyyələşdirə bilmir. Bu səbəbdən cütlük ayrılmaq qərarına gəlib və müxtəlif istiqamətlərə üz tutublar.

“Bütün baş verənlər, problemlər, stress onların həyatını cəhənnəmə çevirib. Fərqli qitələrdə vaxt keçirmək ümid edirəm ki, onlara irəliləmək üçün lazım olanı tapmağa kömək edəcək”, - mənbə bildirib.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər