"Xoşbəxtəm. İki qız anası olduqdan sonra həyatımda çox şey dəyişdi. Analığı kəşf etdiyim gözəl bir dövrdəyəm".
Teleqraf.com xəbər verir ki, bunu tanınmış türk aktrisa Sinem Kobal "InStyle" jurnalına müsahibəsində deyib.
Uzun fasilədən sonra karyerasını qaldığı yerdən davam etdirməyə hazırlaşan iki uşaq anası Kobal şəxsi həyatı barədə bunları söyləyib:
"30 yaşlarımı çox sevdim".
"Kənanla (İmirzalıoğlu-red.) həyata baxışımız, düşüncələrimiz və arzularımız bir-birinə çox uyğundur. Kənan çox təqdir və fəxr etdiyim aktyordur".
"13 yaşımda aktrisalığa başladım. Özümü qorumağı erkən öyrəndim".
"Lalinə hamilə olanda 14 kq, Leylada isə 18 kq çəki almışdım. Gəzməklə və idman etməklə arıqladım".