Tanınmış jurnalist Türkan Məmmədli intihar edən həyat yoldaşı Orxan Məmmədli ilə bağlı paylaşımı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Türkan Məmmədli İnstaqramda həyat yoldaşının videosunu paylaşaraq "İndi hər kəs bir söz danışır. Amma kimsə nələr yaşadığımızı bilmir. Ölümündən iki saat əvvəl danışdıq. Kaş bilərdim. Mənim üçün o qədər çətindir. Daha çox ahımızı almayın", - deyə bildirib.
Qeyd edək ki, cütlüyün iki övladı var. Orxan Məmmədli “Su İstehsalçıları Birliyi”nin mərhum sədri Dövlət Məmmədovun oğludur.