Aparıcı-aktyor Sərxan Kərəmoğlu Zaur Baxşəliyevi müdafiə edib.
Teleqraf.com xəbər verir ki, Sərxan Kərəmoğlu İnstaqram hesabında Zaur Baxşəliyevin "Bizimləsən" verilişində qətlə yetirilən Yaqut Nərimanı (Həşimova) və intihar edən Orxan Məmmədlinin müzakirə edilməsini tənqid edənlərə cavab verib:
"Zaura qarğış etmək lazım deyil. Baxın, bir adam əgər fikir bildirməkdə qətiyyətlidirsə, o fikri bildirəcək və onun qarşısını heç nə kəsə bilməz. Son günlərdə yaşanan Yaqut xanımın qətli və Orxan bəyin intiharı ilə bağlı olan xəbərlərdə çox xoşagəlməz anlar yaşandı. “Bizimləsən” verlişinə bağlanan insanların fikirləri birmənalı qarşılanmadı. O fikri bildirənlər kənarda qaldı, Zaura qarğışlar yağdırıldı. Güya, siz bilmirsiniz ki, Zaur bilsəydi nə deyiləcək və həmin o insanları efirə bağlamasaydı, onlar digər verlişdə o fikirlərini deməyəcəkdilər? Bunu bilə-bilə Zauru necə ittiham edə və qarğış edə bilərsiniz? Fikirlərimi məndən kimsə inciməz deyə yazdım. Bilirsiniz ki, çılğın, amma düzgünlüyün tərəfində olan insanam. Sadəcə çox heyif gənclərimizin həyatından. Yaqut Həşimovanın övladının yetim qalması, Orxan Məmmədlinin intiharı...Türkan və Orxan övlad sahibi olmaq üçün hansı əziyyətdən keçdiyini bilirik. Onların birlikdə övladlarını böyütmək arzularını yarım qoyan şeytanlara Allah lənət eləsin. Zaura dönürəm bir daha və deyirəm, içi yanan insanların dilinə gələn hər nə varsa ürəkdən ola bilməz. Yanan ürək bilməz nə dediyini, amma bəzi insanların fikir bildirməkləri isə boşluqdandır. Allah pis insanları islah etsin və hər zaman sülh olsun aramızda. Hər iki gəncin günahlarını Allah bagışlasın, məkanları cənnət olsun”.