Məşhur rusiyalı reper Timati ABŞ-da Rusiya bayrağını qaldırdığı üçün saxlanılıb.
Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, ifaçı ABŞ-ın Los-Anceles ştatında verləşən "Hollywood" sözünün fonunda Rusiya bayrağını qaldırdığına görə saxlanılıb. Timati “Instagram” hesabında videorolik paylaşıb və bildirib: "Video çəkilməmişdən 20 dəqiqə əvvəl, biz bayrağı taxmaq üçün "Hollywood" sözü yazılan yerə qalxıb bayrağı taxdığımızdan 20 dəqiqə sonra polis əməkdaşları bizi saxladılar".
Qeyd edək ki, sosial şəbəkədə gündəm yaradan videorolik 3 saat ərzində 50 mindən çox baxış toplayıb.
Teleqraf.com videonu təqdim edir :
Rüstəm