31 Yanvar 11:53
1 217
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında "Qonağımız var" layihəsi çərçivəsində tanınmış müğənni Zamiq Hüseynovla görüş təşkil edilib.

Teleqraf.com xəbər verir ki, öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və aparıcı tədbiri açıq elan edib.

Həyat və fəaliyyətindən, səkkiz yaşından sonra çətin başlayan sənət yolundan və əldə etdiyi uğurlarından söhbət açan Zamiq qazandığı nailiyyətlərin əsl sirrini çəkdiyi əziyyətə bağlayıb. Pop ulduz tamaşaçılarının suallarını da çox səmimi cavablandırıb.

O, hər verilişə qatılmadığını, bundan əlavə övladını vətənpərvər ruhda, milli dəyərlər aşılayaraq böyütdüyünü də dilə gətirib. Sənətçi bir müddət sirr saxlasa da, nəhayət, xalq artisti Zülfiyyə Xanbabayeva ilə tezliklə yeni duet və kliplərini təqdim edəcəyini də açıqlayıb.

Müğənni "Mən səni sevirəm”, "Əvəzsizim, “Var ol”, "İfadə", “Kaman” kimi sevilən mahnılarını səsləndirib.

Görüş “Səma” rəqs kollektivinin müşayiəti ilə Zamiqin ifasında “Azərbaycan” mahnısı ilə yekunlaşıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər