Türkiyənin “Kanal D” televiziyasında yayımlanan “Arka Sokaklar” serialının 663-cü bölümü zəlzələnin birinci ildönümü ilə bağlı Hatayda çəkilib.
Teleqraf.com xəbər verir ki, aktyor Zafer Ergin “Həqiqətən acınacaqlı bir vəziyyətdir. Burada çox çətin vəziyyət olub və hələ də davam edir. Bunun necə baş verdiyini və ya necə düzələcəyini bilmirəm. Deməyə söz tapmıram. Göyə baxıb deyirəm ki, bu nə işdir? Allah hamımıza, bütün insanlara, bu bəladan əziyyət çəkən hər kəsə kömək olsun. Çəkiliş zamanı ağlımıza gələn “Üstündə gəzdiyimiz torpağın altında kimsə varmı?” düşüncəsi bizi 15-20 gün yatmağa qoymayacaq. Çox kədərlidir, komanda olaraq hamımız çox təsirləndik", - deyə kədərini dilə gətirib.
Serial bu axşam efirə gedəcək.
Qeyd edək ki, aktyorlar Ozan Çobanoğlu, Özlem Çınar və Sinem Reyhan Kıroğlu da çəkiliş meydançasında olublar.