Müğənni Roza Zərgərli yeni rusca mahnısını təqdim edib.
Teleqraf.com xəbər verir ki, sənətçi bu dəfə musiqisi Dmitri Konovalov, Andrei Kostenkoya, sözləri Mariya Markinaya aid “Revnost” mahnısını səsləndirib.
Bəstə ifaçının həyat hekayəsindən bəhs edir, mahnıda onun səhnə fəaliyyəti dövründə üzləşdiyi çətinliklər yer alır.
Roza Zərgərli qısqanc həyat yoldaşının yaşatdığı problemləri, hər şeyin məhvinə gətirib çıxarmasını nəğmə ilə ifadə edib.
Mahnı Rusiyanın tanınmış fotoqrafı Oktay Jafferin çəkdiyi “cover” ilə musiqi platformalarında təqdim olunub.