22 Fevral 10:53
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün dünyasını dəyişən Xalq yazıçısı Mövlud Süleymanlı bu gün Şamaxıda dəfn olunacaq.

Bu haqda Teleqraf.com-a mərhumun oğlu Elay Süleymanlı məlumat verib: “Atam vəsiyyətinə uyğun Şamaxı rayonunun Kərkənc kəndində dəfn olunacaq. Həmişə bizə deyirdi ki, məni anamın yanında dəfn edərsiniz. Dövlətimiz tərəfindən hər şey edilir, sadəcə vəsiyyətinə uyğun hərəkət etməli olduq. Atam insult keçirmişdi”.

Qeyd edək ki, 1943-cü ildə doğulmuş Mövlud Süleymanlının 81 yaşı vardı.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər