3 Yanvar 21:53
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəqqasə Fatimə Fətəliyeva daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovdan kömək istəyib.

Teleqraf.com xəbər verir ki, o, nazirə ünvanladığı müraciətini şəxsi İnstaqram səhifəsində paylaşıb.

"Hörmətli cənab nazir Vilayət Eyvazov! Son vaxtlar mənim və digər tanınmış şəxslərin adından istifadə edilərək insanları aldatmağa cəhd edən şəxslərin artdığı müşahidə olunur. İnsanları aldadıb, onlara maddi və mənəvi zərər vururlar. Bu vəziyyətin qarşısını almaq və günahkarların qanun qarşısında cavab verməsi üçün sizdən kömək istəyirəm", deyə müraciətdə bildirilir.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər