17 Yanvar 13:24
269
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Niyam Salami Sumqayıt şəhər sakini E.Abbəkirovun 21 min 800 manat dəyərində kömür məhsulunu məninsəmədə ittiham olunur.

Müğənni Niyam Salami Teleqraf.com-a açıqlamasında yayılan məlumatları təkzib edib: "Restorana gətirilən ən bahalı ərzaq ətdir. Bir gündə 5-8 min manat dəyərində ət gətirilə bilər. Necə olar ki, 21 min 800 manat dəyərində restorana kömür gətirilir?! Bu qədər kömürü restorana kim gətirə bilər?! Niyam Salami bir dəfə də olsun kömür satanı görməyib. Mən onda səhv etdim ki, adıma VÖEN açdırdım. VÖEN adıma olduğu üçün hər şeyi üzərimə atdılar".

Niyam Salami günahın iddiaçıda olduğunu deyib: "Sənin pulunu kimsə vermirdisə, o zaman mənə müraciət edərdin. Kabinetdə otururdum, məni tapmaq çətin deyildi. Bildirərdin ki, Niyam bəy, sizin adınıza restorana mal gətiririk, başımıza belə oyun açırlar. Həmin vaxt məsələni həll edərdim. Mən restorandan gedəndən sonra deyirlər ki, Niyam Salami 21 min 800 manat pul borcludur. Bu, reallıq deyil. Kömür satana heç kim inanmasın. Restoranın sahibinə gücləri çatmır.

Mən restorandan uzaqlaşandan sonra tədricən müflis olmağa başladılar. Restoranın VÖEN-i mənim adıma olduğu üçün bütün borcları üzərimə atdılar. VÖEN adıma olduğu üçün mən balamın boğazından kəsib, məcbur olub, yavaş-yavaş pulları ödəyirəm. Bu məsələ ilə bağlı vəkilimlə əlaqə saxlaya bilərsiniz".

Qeyd edək ki, bu haqda ilk xəbəri Oxu.az saytı yayıb.

Sumqayıt sakini E.Abbəkirov 2023-cü ilin avqust ayında Novxanı qəsəbəsində yerləşən restoranın icarədarı Niyaməddin Səfərovun (müğənni Niyam Salami - red.) ondan 21 800 manat dəyərində kömür alıb pulunu vermədiyini bildirilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər