Türkiyədə xüsusi amansızlıqla qətlə yetirilən Özgəcanın atası Məmməd Aslan qızı üçün mahnı bəstələyib və oxumaq üçün Ebru Gündəşə verib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Özgəcanın atası bəstəni "Qızımın çox sevdiyi Ebru Gündəşin ifa etməsini istərəm" - deyib.
Ebru Gündəş atanın təklifinə müsbət cavab verib:
"Bu istəyi yerinə yetirmək mənim üçün şərəfdir. Özgəcanın məni çox sevdiyini həmişə deyiblər. İnanın o, da mənim qəlbimdədir. Unutmadıq, unutmayacağıq, unutdurmayacağıq. Nə etməyim lazımdırsa, sonuna qədər ailəsinin yanında olacağam".
Rüstəm