12 İyun 2015 08:25
555

Hollivudun qocaman ulduzlarından olan Al Paçino sevgilisindən ayırılıb.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, 75 yaşlı aktyor 36 yaşlı model sevgilisi Luçila Soladan ayrılıb. İlin martında argentinalı modellə evlilik hazırlığına başlayan 75 yaşlı aktyorun addımı çoxlarını təəccübləndirib. Ehtimal olunur ki, ayrılığa səbəb cütlüyün arasındakı yaş fərqidir.

Qeyd edək ki, Al Paçino bu yaşına qədər evli olmayıb. Aktyorun nikahdankənar iki övladı var.

Rüstəm


Müəllif:
loading...