Tanınmış türkiyəli prodüser Kamal Cenk İçtən ilə azərbaycanlı model Minarə Allahverdiyeva boşanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə prodüser sosial şəbəkədə məlumat verib: “Artıq bu gündən həyatımda yeni səhifə açıram. Sizdən xahiş edirəm ki, heç kim şəxsi həyatımla bağlı sual verməsin. 18 ay bərabər yaşadığımız və qızım Məryəm Nur İçtənin anası ilə yollarımızı ayırdıq. Onunla bərabər yaşadığımız hər dəqiqəyə görə təşəkkür edirəm. Allah yeni həyatında ona xoşbəxtlik, can sağlığı versin”.
Qeyd edək ki, bu prodüser və modelin ikinci evliliyi idi.