16 Sentyabr 2015 11:09
6 492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir müddət əvvəl Amerikadan doğma vətəninə qayıdan model Rüstəm Cəbrayılov şəxsi həyatı və yaradıcılığı ilə bağlı maraqlı açıqlamalar verib.

Model Teleqraf.com-a fəaliyyətini aktyor kimi davam etdirəcəyini bildirib: "Amerikadan Azərbaycana fevralda gəlmişəm. Amma bu vaxt ərzində fasilələrlə xarici ölkələrə səfərlərim olub. Hazırda ölkəmdə aktyorluq təhsili alıram. Modellik sahəsindən aktyorluq sənətinə keçmək istəyirəm. Düzü, aktyorluq təhsilini Türkiyədə almaq istəyirdim, amma orada yaşamaq və təhsil haqqı çox olduğu üçün qərarımı dəyişdirdim. Seriallardan da təkliflər var, istedadlı aktyor və ya istedadlı model olan zaman dünyanın hansı ölkəsinə gedirsən get, şansın olur. Yaxşı aktyora hər zaman iş var. Və hazırda aktyorluq sənəti üzərində çalışıram ki, Türkiyəyə hazır vəziyyətdə gedim. İnşallah, qismət olsa qardaş ölkədə fəaliyyətimi aktyor kimi davam etdirəcəm. Sırf birinci işim aktyorluq olacaq".

Model aktyorluq sənətinə keçməsininin səbəbini də açıqladı: "11 ildir ki, modelliklə məşğulam və artıq yorulmuşam. Həm də ki, ömürlük bir sənətlə məşğul olmaq istəyirəm. Model kimi çox fəaliyyət göstərmişəm və düşündüm ki, məşhur aktyor olsam, model kimi də mənə müraciət edəcəklər. Mağazaların, brendlərin reklamına dəvət edəcəklər".

Yaxın günlərdə gürcü əsilli yoldaşından ayrılan model şəxsi həyatı haqqında danışmağı sevmədiyini qeyd etdi: "Şəxsi həyatım haqqında danışmağı sevmirəm. Düşünürəm ki, insanlara şəxsi həyatım maraqlı deyil. İkinci dəfə evlənmək haqqında heç nə deyə bilmərəm. Allahın işidir. Bəlkə evləndim, bəlkə də yox. Yaxud da birinci evliliyim davam etdi, qismətdir".

R. Cəbrayılov onu da qeyd etdi ki, sentyabr ayından dəfilələrdə iştirak edəcək: "İşlərimizlə bağlı tətildir. Sentyabrın axırı işlərimiz başlayır. İstanbul, Milan dəfilələrində iştirak edəcəm, inşallah. Yeni addımlarımla hər kəsi təəccübləndirəcəm".

Rəqsanə Həsənova


Müəllif:

Oxşar xəbərlər