Uşaq Teatrının direktoru İntiqam Soltan millət vəkilliyinə namizədliyini verib.
Teleqraf.com xəbər verir ki, aktyor bu barədə sosial şəbəkədə məlumat verib. O, qeyd edib ki, rəsmən namizədliyi təsdiq edilib: “Bu mərhələyə qədər Azərbaycanı sevənləri və azad düşüncəli şəxsləri, eləcə də teatr cəmiyyətini, ən nəhayət Azərbaycan uşaqlarını təbrik edirəm”.
Qeyd edək ki, İ. Soltan Xətai Üçüncü Seçki Dairəsindən namizədliyini irəli sürüb.
Rəqsanə