10 Oktyabr 2015 14:50
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gələcəkdə millət vəkili olmaq fikrim yoxdur. 10 il əvvəl bu addımı atmışam və o zaman haqqıma girdilər. Ona görə cəzalarını çəkdilər və çəkirlər”.

Bu sözləri Teleqraf.com-a xalq artisti İlhamə Quliyeva bildirib. Xalq artistinin sözlərinə görə, millət vəkilliyinə namizədliyini verməsi üçün iki dəfə təklif alıb, amma razı olmayıb: “Bir dəfə addım atıram. Bəzi millət vəkillərinin görmədiyi işləri görürəm. Mən millət vəkili səviyyəsindəyəm. Xalqımızın bütün problemləri ilə, vətənimlə, dövlətimlə bağlı hər iş görürəm. Xeyriyyə işləri ilə məşğulam, səhhətində problem olan insanlara yardım edirəm. Türkiyədə, Almaniyada əməliyyatlar etdirirəm. Kimsəsiz uşaqlar üçün sığınacağın idarə heyətinin üzvüyəm. O uşaqlara yardım edirəm. Ona görə də Allah hər şeyi ürəyimə görə verir. Mənim qəlbim çox zərifdir, kövrəkdir”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər