17 Dekabr 2015 13:47
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xoşqədəm Hidayətqızının “Deməsək olmaz” verilişində xalq artisti Rəfael Dadaşovun qızı Səidənin övlad dünyaya gətirməsi müzakirə edilib.

Teleqraf.com xəbər verir ki, X.Hidayətqızı sənətçinin sosial şəbəkələrdə ünvanına yazılan təhqirlərdən danışıb: “Adı çox qalmaqallarda hallanır. Sosial şəbəkədə ünvanına çox sözlər yazırlar. Hətta qınayırlar ki, niyə atanın adına neqativ fikirlərin gəlməsinə səbəb olursan?”.

S.Dadaşova isə deyib ki, övlad dünyaya gətirməsinin heç kimə dəxli yoxdur: “Bəzilərinə elə gəlir ki, məşhurların övladlarına ayırmağa vaxtı olmur, qastrol səfərləri, teatr, film çəkilişləri və s. Bizim ailədə belə hal olmayıb. Valideynlərim hər zaman diqqət, qayğı göstəriblər. Ailənin üçüncü övladı olaraq ərköyün olmuşam. Məşhur insanın övladı olmaq məsuliyyətli işdir. Yaxşı və pis tərəfləri var. Filankəsin qızıdır, nəvəsidir və s. deyərək hörmətlə qarşılayırlar. Bəzən isə rahat hərəkət edə bilmirsən, narahat olursan. Sadə adam kimi yaşamaq istəyirəm. Mənim dünyaya uşaq gətirməyim səs-küylə qarşılandı. Bu, kimin nəyinə lazımdır? Mənim şəxsi həyatım, öz ailəm var. Heç kimin işinə qarışmıram. Şou-biznesdə nikahdan kənar uşaq dünyaya gətirənlər çoxdur”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər