22 Dekabr 2015 12:18
2 201
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Sabir Məmmədov dünən axşam saatlarında dünyasını dəyişən aktyor Ələsgər Məmmədoğlunun ölümünə kədərləndiyini deyib.

Aktyor Teleqraf.com-a açıqlamasında Ə.Məmmədoğlunun ölümünün onun üçün gözlənilməz olduğunu qeyd edib: “Allah rəhmət eləsin. Çox təmiz, sadə, sadəlövh insan idi. Aktyorluğu da bəllidir. Qeyri-adi istedadı olan biri idi. Ən sevilən aktyorlardan hesab olunurdu. Onun yaratdığı obrazlar nəinki Azərbaycanda, hətta Azərbaycanın hüdudlarında kənarda da sevilirdi. Fransa ilə SSRİ-nin birlikdə çəkdiyi “Tehran 43” filmində çəkilib. O, filmdə Alen Delon da oynayırdı. Keçmiş sovet ölkələrində də Ələsgəri tanıyırdılar. Azərbaycan teatrı növbəti istedadını itirdi. Bu il bir neçə aktyorumuz rəhmət gedib. Onun yeri teatrda, kino sahəsində, televiziyada görünəcək”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər