1 Fevral 2016 11:22
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Ramal İsrafilov küsülü olduğu həmkarı Abbas Bağırovla münasibətlərindən danışıb.

Teleqraf.com xəbər verir ki, müğənni “Atv maqazin Onlarla” verilişində A.Bağırovun ona “Ramaşka” adlandırmasına da münasibət bildirib: “Abbas ilə altı il dostluq etdiyimiz üçün deyə bilər. Brilliant xanım da mənə “Ramaşka” deyə müraciət edirdi. Bu dəfə də başqalarının dilindən eşitdim, amma xoş oldu. Ən azından dostluğumuz olub. Əlimdə imkan olsaydı, heç kimi ələməzdim. Hərdən səhvlər olur və fikirləşirsən ki, gərək filan sözü deməzdim. Ona görə adımı hallandıran insanlara təşəkkür edirəm”.

R.İsrafilov onu da deyib ki, telefon nömrələrini tez-tez dəyişir: “Artıq iki ildir ki, sevgi mesajı gəlmir. Üç-dörd aydan bir şəxsi nömrərimi dəyişirəm. Səbəbini bilmirəm. Hər insanın bir vərdişi var. Yəqin ki, mənim vərdişim də nömrə dəyişməkdir”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər