"Çudo Peçka" mağazalar şəbəkəsi məhkəmə qərarı ilə şirkətin keçmiş sahiblərinə qaytarılıb.
Publika.az xəbər verir ki, bu haqda Röyanın keçmiş həyat yoldaşı Anar Cəlilov xəbər yayıb:
“Son beş ildə "Bakery Operating Company" MMC-nin idarəçiliyinə verilmiş "Çudo-Peçka" mağazalar şəbəkəsi məhkəmə qərarına əsasən 15.02.2016-cı ildə şirkətin qanuni təsisçilərinə qaytarıldı. "Çudo-Peçka" mağazalar şəbəkəsində "Bakery Operating Company" MMC-nin və direktor Azad Abdullayevin qaranlıq işləri səlahiyyətli şəxslər tərəfindən araşdırılır. Nəticələr barədə məlumat veriləcək”.
A.Cəlilov bundan sonra sözügedən mağazalar şəbəkəsinə yenidən atası Çingiz Cəlilovun rəhbərlik edəcəyini bildirib.