26 Fevral 2016 11:58
2 229
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İlhamə Quliyevanı həmişəlik itirdik... O, bu gün torpağa tapşırılır və haqq dərgahına qovuşur. Bütün yaşananlara baxmayaraq onun ölüm xəbəri mənə çox pis təsir etdi”.

Teleqraf.com xəbər verir ki, bu sözləri xalq artisti Aygün Kazımova şəxsi “İnstagram” hesabında yazıb. O, statusda İlhamə Quliyevaya halallıq verdiyini də əlavə edib: “Vaxt var idi, bir-birimizi çox istəyirdik, hörmət edirdik, sevgi ilə yanaşırdıq...Son yaşananlar kaş ki olmayaydı!!! Haqsızlığa dözümüm yoxdur, neyləyim... Şəhid bacısının fəryadına dözə bilmədim!!! İlhamə Quliyeva bu gün torpağa tapşırılmadan öncə, ona halallıq verirəm və inanıram ki, onun eks köməkçisi Mehriban Hüseynova da onu bağışlayar, halallığını verər, haqq-ədalət bərpa olar, Mehriban da azadlığa çıxar, ailəsinə qovuşar! Allah böyükdür. Allah rəhmət eləsin və bütün günahlarını bağışlasın, o dünyasını versin”.

Ötən gün səhər saatlarında xalq artisti 73 yaşlı İlhamə Quliyeva ürək çatışmazlığından dünyasını dəyişib. Onunla vida mərasimi bu gün saat 12.00-dan 14.00-dək Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçiriləcək. Vida mərasimindən sonra isə xalq artisti II Fəxri xiyabanda dəfn olunacaq.

Pərvin


Müəllif:

Oxşar xəbərlər