"Orxan cinayətkar deyil. Mehriban onun anasını öldürüb, o Mehribanın yox".
Bunu Teleqraf.com-a İlhamə Quliyevanın oğlu Orxan Nadirovun vəkili Elmira Məmmədova deyib : "Bu gün İlhamənin ölməsinə səbəb Mehriban Hüseynovanın il yarım ona verdiyi dərmanlar oldu. Onlar fikirləşməsinlər ki, İlhamə ölüb və Orxana nə istəsələr edə bilərlər. Mehriban cinayətkardır və cəzasını da alacaq".
Mehriban Hüseynovanın vəkili Vasif Mirzəyev APA-ya bildirib ki, Orxan Nadirov cinayət işi üzrə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb oluna bilər.
Rəqsanə