11 Mart 2016 16:07
1 409
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış aparıcı Xoşqədəm Hidayəyqızı tamaşaçılarla sağollaşıb.

Axşam.az-ın məlumatına görə, o, bu haqda ANS-də yayımlanan “Deməsək olmaz” verilişində danışıb. O, proqramı bundan sonra İradə İsaqın aparacağını deyib: “Allahın mənə bəxş etdiyi gözəl bir hiss yaşayıram. Çox yaxın zamanda ana olacağam. Bu gün sonuncu verilişimdir. Yəni analıq məzuniyyətinə gedirəm. Fevralda məzuniyyətə getməyi fikirləşəndə verilişi kimə həvalə edəcəyimi çox düşündüm. Bu gün İradə İsaqa təhvil verirəm. Sevinirəm ki, məndən sonra o aparacaq. Mənə kömək olan, yanımda dayanan, Vahid, Seyfulla və Mirşahin müəllimi qardaş kimi tapdım. Hər zaman tamaşaçılarla olmuşam. Bir-iki ay mənim üçün çətin olacaq. Eyni zamanda çox böyük layihələr hazırlayıram. Beş böyük layihəm var. Yeni mövsümdə geri qayıdacağam. ANS-də mən dostluq gördüm. Yenidən onlarla işləmək ümidi ilə gedirəm".

Xatırladaq ki, türkiyəli müğənni Doğuşla ailəli olan X.Hidayətqızı əkiz övlad gözləyir.



Müəllif:

Oxşar xəbərlər