Aydan çəkilən fotolar incələnərkən ufoloqlar Yerin təbii peykinin səthində anlaşılmaz bir strukturu müşahidə ediblər.
Teleqraf.com xəbər veri ki, UNO araşdırmaçıları obyektin yadplanetlilərin sualtı qayığı olduğunu iddia ediblər. Çünki bu müəmmalı obyekt öz formasına görə məhz sualtı qayığı xatırladır. Nəzərə alanda ki, alternativ elm haçansa Ayda dənizlərin olduğunu iddia edir, bu tapıntı o qədər də təəccüb doğurmur.
Son tapıntı ilə bağlı elm adamlarını təəccübləndirən əsas məqam isə obyektin ideal dərəcədə simmetrikliyi və sualtı qayığa oxşamasıdır.
Tanınmış konspiroloq və UNO araşdırmaçısı Skott Vorinq tapıntı haqda yazılmış çeşidli fikrlərdən danışarkən, bu strukturun məhz sualtı qayıq olduğunu düşünmədiyini deyib:
“Bu obyektin məhz sualtı qayıq olduğunu düşünmürəm. Ancaq orada nəyinsə olduğu şübhəsizdir. Bu, siqar formalı yadplanetli gəmisi, yaxud da onların Ayaltı bazası ola bilər. Onun yerləşdiyi ərazi isə kosmik şüalanmadan və meteorit bombardmanlarından qorunmaq üçün ideal yerdir. Onu yadplanetlilər tərk edibsə, Aya məskunlaşma zamanı insanlar bundan istifadə edə bilərlər. Onu insan nəsli üçün yadplanetlilərin əsl hədiyyəsi hesab etmək olar, bir şərtlə ki, bizə bu nəhəng süni yadplanetli bazasında məskunlaşmağa imkan verərlərsə...”