10 Aprel 2018 09:17
3 100
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dəyirmi formalı Yadplanetlilərin obyektinə bənzəyən "Qara cəngavər" NASA astronavtları tərəfindən görüntülənib.

Teleqraf.com xəbər verir ki, obyektivə düşən naməlum uçan obyektin görüntüsü UFO Today Yutub hesabında paylaşılıb.

Kanalın administratoru Tim Bekkers bildirib ki, ufoloqlar bu obyektin "Qara cəngavər" peyki olduğunu iddia edirlər.

Bu nəhəng qara obyekt daha əvvəllər də astronavtların obyektivinə düşüb.

Bəzi mənbələrə görə, "Qara cəngavər" peyki təqribən 13 min ildir Yerin ətrafında hərəkət edir.

Amma skeptiklər elə hesab edir ki, bu, Beynəlxalq Kosmos Stansiyasında iş zamanı itirilən istilik qalxanının bir hissəsidir.


Müəllif: Günay Əli