22 Avqust 2018 16:40
4 174
12 Punto 14 Punto 16 Punto 18 Punto

43 yaşlı italiyalı vəkil Kristina pilot olan keçmiş sevgilisinə acıq vermək məqsədilə təyyarə sükanı arxasına keçmək qərarına gəlib.

Teleqraf.com xəbər verir ki, bu məqsədlə o, pilotluq təlimlərini uğurla keçərək, vəsiqə də alıb.

Yük təyyarəsi pilotu olan keçmiş sevgilisinin ona bir daha heç vaxt pilot olmayacağını bildirdikdən sonra Kristina təlimlərə qatılmaq qərarına gəlib:

“Pilot olmaq qərarı vermişəm, bunu iş məqsədilə yox, əyləncə üçün edəcəyəm. Əgər avtomobil və gəmiylə səyahət etməyə nifrət edirsinizsə, pilot olmaq möhtəşəm bir şeydir”.

Kristina pilotluq vəsiqəsi aldıqdan sonra 13 ölkəyə səyahət etdiyini bildirib: “Yuxarıdan baxanda hər şey çox fərqli görünür”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər