Uzunuömürlülüyə əsasən üç faktor - fiziki, sosial aktivlik və balanslı dieta müsbət təsir göstərir.
Teleqraf.com-un xəbərinə görə, bunu Rusiya Səhiyyə Nazirliyinin baş qeriatrı Olqa Tkaçeva bildirib.
Mütəxəssisin sözlərinə görə, fiziki aktivlik əzələ kütləsi və qüvvənin, demək həm də cavanlığı qorunub saxlanmasının başlıca prinsipidir.
Tkaçeva deyib ki, sosial əlaqələri geniş, cəmiyyətə lazımlılığı yüksək olan şəxslər daha uzun ömür sürür: "Qida da vacib şərtdir. Çox yeməmək məsləhətdir. Uqlevod qəbulunu məhdudlaşdırmaq, meyvə və tərəvəzdən çox istifadə etmək lazımdır. Arterial təzyiq və xolesterin də nəzarətdə saxlanılmalıdır".