3 Yanvar 2019 09:39
1 463
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Milli Kosmos və Aeronavtika İdarəsi (NASA) tarixi uğura imza atıb.

NASA Günəş sistemindən ən uzaq məsafədə yerləşən sirli obyektin görüntülərini əldə edib.

30 il öncə kəşf edilən ən uzaq bölgədən çəkilən görüntülər “New Horizons” ("Yeni Üfüqlər") adlı kosmik gəmi vasitəsilə əldə olunub.

Qeyd edək ki, “Ultima Thule” adlı bu bölgənin ətrafı orbitə kilidlənmiş iki kiçik planetdən ibarət olduğu ehtimal edilirdi.

Günəş sistemindən 6,4 milyard km uzaq yerləşən “Ultima Thule” göy cismi Kuiper Kuşağı adlandırılan bölgədə yerləşir.


Müəllif: Mənbə/Publika.az