5 Yanvar 2019 07:05
845
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çində yerli məktəblərdə təhlükəsizliyin artırılması məqsədi ilə tətbiq edilmiş “ağıllı” məktəbli forması məktəblilərin yerini izləməyə, dərslərdə yatanları müəyyənləşdirməyə imkan verir.

Teleqraf.com “ICTnews”a istinadən xəbər verir ki, məktəblilər üçün “ağıllı” forma çiyin hissəsində iki çiplə təchiz edilib. Bu çiplər şagirdlərin məktəbə nə zaman daxil olduğunu və oranı tərk etdiyini izləməyə imkan verir. Bundan başqa, məktəbə girişdə sifətin tanınması texnologiyasından istifadə olunur ki, bu da məktəblinin öz formasını geyinməsinə əmin olmaq üçündür. Beləliklə, kənar şəxs başqa forma ilə təhsil müəssisəsinin ərazisinə daxil ola bilmir.

Məlumata görə, məktəbli forması 500 dəfə 150 selsi dərəcəyədək temperaturda yuyula bilər.

“Ağıllı” məktəbli forması artıq Çinin Quyçjou əyalətinin 10 məktəbində istifadə olunur. Jenxuay şəhərinin 11 nömrəli məktəbinin direktorunun sözlərinə görə, 800-dən çox şagird 2016-cı ildən etibarən “ağıllı” məktəbli forması geyinir. Direktor, həmçinin dəqiqləşdirib ki, dərsdənkənar vaxtda məktəblilərin hərəkəti izlənmir.


Müəllif: Teleqraf.com