4 Yanvar 2019 23:30
957
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaxda iribuynuzlu heyvanın üzərində qeysəriyyə əməliyyatı aparılıb.

Teleqraf.com xəbər verir ki, əməliyyat ölkədə ilk dəfə olaraq Qaxın Qaradolaq kəndində həyata keçirilib.

İki həftə əvvəl kənd sakini Füzuli Rəşidovun iribuynuzlu heyvanlarından biri doğuş zamanı çətinliklə üzləşib. İlk dəfə doğum həyata keçirən heyvanın bala ilə birgə tələf olmaq təhlükəsi yaranıb.

Bu zaman sahə baytarlıq mənəqəsinin həkimi Hamlet Abbasov inəyə baxış keçirib və və belə qərara gəlib ki, qeysəriyyə yolu ilə balanı xilas etsin.

Ev sahibinin razılığını alan baytar təcrübəsinə güvənərək əməliyyata başlayıb və uğurlu alınıb. Buzovu sağlam şəkildə azad edən Hamlet Abbasov kəsiyi tikərək inəyi də xilas edib.

Baytarın sözlərinə görə, ilk günlərdə inəkdə yerimə və qidalanma zəif olsa da, artıq bu proses geridə qalıb. Hazırda inək və balası normaldır. Baytar da hər gün inəyi nəzarətdə saxlayır və lazım olan müalicəni davam etdirir.


Müəllif: Teleqraf.com