6 Yanvar 2019 21:45
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin nəhəng texnologiya şirkəti “Huawei” Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ilk mağazasını açıb.

Teleqraf.com xəbər verir ki, bu, şirkətin Yaxın Şərqdə və Afrikada ən böyük satış mərkəzidir.

Şirkətin rəsmisi Bill Yu deyib ki, mağazanın açılması “Huawei”in Səudiyyə Ərəbistanı bazarına artan marağının göstəricisidir. “Huawei” bununla yerli alıcılara daha yüksək səviyyəli xidmət, o cümlədən “online” satış, ünvana çatdırılma və s. xidmətlər təklif edəcək.

“Huawei” bundan başqa, Səudiyyə Ərəbistanında gənc istedadların təlimlərə cəlb olunmasında yaxından iştirak edəcək. Şirkətin təlimlərinə 2020-ci ildək 10 min səudiyyəli qoşulacaq.


Müəllif: Teleqraf.com