15 Yanvar 2019 08:43
1 680
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada gedib görmək üçün insandan cəsarət istəyən yerlər var.

Teleqraf.com xəbər verir ki, belə yerlərdən biri də Türkmənistanın Qaraqum çölündə yerləşən “Cəhənnəm qapısı”dır.

Onun dərinliyi 50, diametri isə 100 metrdir.

“Cəhənnəm qapısı” adlandırılan vulkan 1967-ci ildə qaz sızması nəticəsində yaranıb. Hadisə zamanı bir neçə insan həyatını itirib.

Xarici turistlərin diqqətini çəkən “Cəhənnəm qapısı”nın görüntüləri ABŞ televiziyasında yayımlandıqdan sonra vulkan dünyada daha da məşhurlaşıb.

Qəribədir ki, “Cəhənnəm qapısı”nın gurultusu yüzlərlə metr kənardan aydın eşidilir. Vulkanın yanına küləkli havada yaxınlaşmaq mümkün deyil.

Qeyd edək ki, “Cəhənnəm qapısı” 50 ilə yaxındır sönmədən yanır. Türkmən geoloqlar hesab edirlər ki, burada ciddi qaz sızıntısı mövcuddur, məşəl kimi yanan quyunun sönməməsi də bundan doğur.


Müəllif: Cavad