27 Yanvar 2019 19:39
1 870
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çində əmək qabiliyyətli əhali sayı və işçi qüvvəsi azaldığına görə otuz yaşlarındakı qadınlar yeni münasibətlər qurmağa məcbur edilirlər.

Çində yüz minlərlə insan Yeni il ərəfəsində ailələrinə baş çəkir.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, otuz yaşlı subay qadın işçilərə yeddi günlük məzuniyyətdən əlavə səkkiz gün tətil verilir ki, sevgilərini tapa bilsinlər.

Şərqi Çin Səhər Postu (Eastern China Morning Post) qəzetinə əsasən, Şərqi Çində yerləşən Hangzhou-dakı tarixi mövzulu turistik parkın iki şirkəti işçilərinə əlavə "tanışlıq məzuniyyəti" təklif edib.

Şəhərdəki başqa bir məktəb də subay müəllimələrinə "sevgi məzuniyyəti" verib.

"Evdə qalmış qızlar"

Çində 30 yaşa qədər ailə qurmayan qadınlara tez-tez "sheng nu" və ya "evdə qalmış qızlar" kimi xitab edilir.

Bu vəziyyət isə artıq daha geniş yayılıb: ya qadınlar daha çox karyeralarına köklənmək istəyirlər, ya da subay qalamağa üstünlük verirlər.

Lakin evliliklə bağlı qadınların üzərində böyük təzyiq davam edir və hökumət yaşlanan nəslin artması və işçi qüvvəsinin azalmasından narahatdır.

Çin 2015-ci ildə bir uşaq siyasətini ləğv etsə də, doğuş səviyyəsi aşağı düşməkdə davam edib. 2013-cü ildən bəri hər il evlilik dərəcəsi də aşağı enib.

2018-ci ildə doğum sayı 150 milyon olub ki, bu da əvvəlki il ilə müqayisədə 2 milyon azdır.

Çinin Sosial Elmlər Akademiyası təxmin edir ki, qarşıdakı 50 ildə ölkədə əhalinin sayı 1.4 milyarddan 1.2 milyarda enə bilər.


Müəllif: Teleqraf.com